«Azerbaijan Art Festival-2013» layihəsi çərçivəsində daha bir sərgi

 

"Baku Creative Center" yaradıcılıq mərkəzinin "Azerbaijan Art Festival-2013" layihəsi çərçivəsində daha bir sərgi Şəki Dövlət Rəsm Qalereyasında keçirilmişdir.

"Baku Creative Center" yaradıcılıq mərkəzindən AzərTAc-a bildirmişlər ki, bu, artıq regionlar üzrə təşkil edilmiş altıncı sərgidir.

Tədbirdə iştirakçılara layihə barədə ətraflı məlumat verilmişdir. Çıxış edənlər bu layihəni dəstəklədiklərini belə bir tədbirin Şəkinin onun sakinlərinin mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd etmiş, layihənin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

Gənc rəssamların 40-dək əsərinin təqdim olduğu sərginin açılışında rəqqas Emil Adıgözəlli performans nümayiş etdirmiş, layihə çərçivəsində Erkin Ələkbərli incəsənətlə maraqlananlar üçün ustad dərsləri keçmişdir.

Layihənin əsas məqsədi səyyar sərgilər ustad dərsləri vasitəsilə ölkənin digər şəhər rayonlarında sadə insanların incəsənətə dair bilikləri marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməkdir.

Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Nar mobile"nin baş sponsorluğu ilə reallaşdırılır.

 

Azərbaycan.-2013.- 25 iyun.- S.12.